“Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə yerli telekanallara olan geniş müsahibəsində Ermənistandakı vəziyyətə toxunarkən vurğuladı ki, bu gün Ermənistanda təkcə müxalifət dairələrində deyil, eyni zamanda, hakimiyyət və ictimaiyyət arasında revanşizm hissləri kifayət qədər güclüdür. Onlar “bəlkə də qaytardıq” düşüncəsi ilə yaşayırlar və bu nöqteyi nəzərdən heç bir halda arxayınlaşmağa ehtiyac yoxdur”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda müəyyən postmüharibə dövrünün reallıqları fonunda, artıq konstruktiv mövqenin elementləri özünü göstərməkdədir:
“Konstruktiv mövqenin elementləri dedikdə, mən ilk növbədə onu qeyd edə bilərəm ki, Ermənistanın Baş naziri səviyyəsində, artıq Türkiyə ilə danışıqlaırn başlanılmasına razılıq verilib və xüsusi nümayəndələr də təsis edilərək Moskvada görüş keçirilib.
Mən müsbət tendensiya deyəndə hər iki ölkənin hava məkanlarının, artıq bir-birinin üzünə açıldığını deyirəm. Eləcə də, Ermənistanın Baş naziri Nikol Paşinyan, artıq gizlətmir və açıq şəkildə söyləyir ki, Ermənistan və Azərbaycan arasında kommunikasiyalar açılmalıdır. Doğrudur, Paşinyan “Zəngəzur dəhlizi” ifadəsindən yayınır, çünki onlarda bununla bağlı bir fobiya var. Prinsip etibarilə o, birgə komissiyanın yaradılmasına etiraz etmir, əksinə bunda maraqlıdır”.
E.Nəsirov Ermənistandakı hakim “Mülki müqavilə” partiyasının deputatı Xaçatur Sukiasyanın “Azərbaycanla qonşuluq münasibətlərimiz ola bilər” açıqlamasını şərh edərkən deyib:
“Bütün bu sadalanan reallıqlar fonunda bu günlərdə Ermənistan parlamentində hakim partiya təmsilçisi Xaçatur Sukiasyanın Azərbaycanla Ermənistanın əlaqələrin bərpasına hazır olması ilə bağlı olan mövqeyi və bu bərpanın hər iki tərəfinin mənafeyinə xidmət göstərməsi ilə bağlı olan yanaşması, bir daha onu göstərir ki, müharibənin bitməsindən sonra başlar soyuduqca, daha çox dərk etməyə başlayırlar ki, əməkdaşlığın alternativi yoxdur və ola da bilməz.
Əməkdaşlığın yeganə alternativi olsa, o da mühairbədir və revanşizmin müharibəyə tranformasiyasıdır. Bu müharibə Ermənistanın məhvi deməkdir. Çünki ordusu faktiki olaraq olmayan, 10 mindən fərarisi olan bir dövlət hansı orduyla Azərbaycan qarşısında tab gətirə bilər? Ona görə də, yeganə yol əməkdaşlıqdır və zaman keçdikcə, Ermənistanda bunu daha çox dərk etməyə başlayırlar”.
“Ümumiyyətlə, Ermənistanda geniş ictimaiyyət müharibəyə yox deyir. Əgər belə olmasaydı, Paşinyan və onun partiyasının müharibədə məğlub olmasına baxmayaraq, seçkilərdə qalib ola bilməzdi. Deməli, xalq, əslində, Paşinyana və onun partiyasına səs verməmişdi, xalq, sadəcə müharibə istəyənlərin əleyhinə səs vermişdi.
Bu reallığı da Paşinyan və onun komandası yaxşı dərk edir və bu məntiqlə də Azərbaycanla əməkdaşlığın mümkünlüyü ilə bağlı kövrək addımlar atmağa başlayıblar və bu səpkili bəyanatlar verməkdən çəkinmirlər”, - deyə siyasətçi yekunlaşdırıb.
“Heç bir halda arxayınlaşmağa ehtiyac yoxdur” – Elman Nəsirov
17
yanvar
18:41
Qarabağ
KOMMENTLƏR
“Paşinyan bu etirafı ilə Zəngəzur dəhlizinin işə salınmasını...”
Ərdoğan-Paşinyan danışıqları nə vəd edir?
Elman Nəsirov: “Ermənistan artıq Azərbaycanın sülh gündəliyini qəbul etməlidir”
"Ermənistan parlamenti danışıqların üstündən xətt çəkməyə çalışacaq"
“İndi Ermənistanın yeni təklifləri ortaya çıxacaq” — Elman Nəsirov
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı