“Belə bir məlumat yayılıb ki, Zəngəzur dəhlizi boyunca FSB-nin Sərhəd Xidmətinin postları qoyulacaq. Bu istiqamətdə də artıq müəyyən proseslərə başlanılıb”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, Rusiya FSB-sinin Sərhəd Xidmətinin Ağbənd-Nüvədi-Aqarak (Zəngəzur dəhlizi – red.) yolunda postlar qurması ilə bağlı xəbərləri şərh edib:
“Əvvəla onu qeyd edim ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipini qəbul edərək, bunu ən müxtəlif prizmalardan etiraf edib. Belə olan vəziyyətdə 5 prinsipin qəbul edilməsi təbii ki, Zəngəzur dəhlizinin işə salınması məsələsini özündə ehtiva edir.
Eyni zamanda avqust ayının 25-nə qədər Azərbaycan Ermənistan tərəfinə vaxt verib ki, alternativ yolun çəkilməsi ilə əlaqədar Laçın şəhər mərkəzi və ətraf kəndlər boşaldılmalıdır. Artıq bu proses də başlanıb”.
E. Nəsirov əlavə edib: “İndi isə belə bir məlumat yayılıb ki, Zəngəzur dəhlizi boyunca FSB-nin Sərhəd Xidmətinin postları qoyulacaq. Bu istiqamətdə də artıq müəyyən proseslərə başlanılıb. Bu da artıq onun ifadəsidir ki, Zəngəzur dəhlizinin işə salınması özünün nəzəri mərhələsindən praktiki mərhələyə keçir. Çünki Azərbaycan Prezidentinin bu məsələlərlə bağlı çox prinsipial və qətiyyətli mövqeyi var.
Hətta dövlət başçısı bildirmişdi ki, bizim alternativ variantlarımız da var və İran ərazisindən keçməklə bunu reallaşdıra bilərik, o cümlədən bu istiqamətdə müvafiq sənədlər imzalanıb. Eyni zamanda, əgər Ermənistan Zəngəzur dəhlizinin işə salınmasına mane olacağı təqdirdə, bu torpaqlar tarixi Azərbaycan torpaqları olduğuna görə, biz bu torpaqların tarixi sahibləri olaraq bu məsələləri gündəmə gətirə bilərik.
Belə olan halda da 1920-ci ildə qəbul edilmiş qeyri-qanuni qərarın artıq yenidən baxılması məsələsi gündəmə gələ bilər. Eləcə də Zəngəzur dəhlizi işə salınmadan hansı sülh müqaviləsi və əməkdaşlıqdan söhbət gedir? Qısacası, Ali Baş Komandanın bu məsələdə çox qəti və prinsipial mövqeyi ortadadır. Rusiyanın ali siyasi-hərbi rəhbərliyi də xüsusilə son zamanlar bu məsələdə konstruktiv mövqe ortaya qoyur”.
Deputat deyib ki, Ermənistan çox gözəl bilir ki, onun əməkdaşlıqdan savayı alternativi yoxdur:
“Qərbə boylanmaq, yaxud Fransa və ABŞ-ın sülhməramlılarını regiona gətirmək kimi niyyətlər perspektivsizdir və belə niyyətlər Ermənistan siyasi hakimiyyəti üçün çox problemlər yarada bilər. Üstəgəl, onların dayaqları onsuz da elə də möhkəm deyil, çünki orada revanşizm dalğası çox güclüdür.
Qısacası, bütün bunları yuvarlaqlaşdırıb bu qənaətə gəlmək olar ki, artıq proses başlayıb. Belə olan vəziyyətdə istisna deyildir ki, artıq Ermənistan kompromisə gəlsin və Zəngəzur dəhlizi ilə bağlı konkret addımlar atılmağa başlansın”.
“Paşinyan bu etirafı ilə Zəngəzur dəhlizinin işə salınmasını...”
12
avqust
10:51

Qarabağ
KOMMENTLƏR
"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"
"Ermənistan parlamenti danışıqların üstündən xətt çəkməyə çalışacaq"
Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər - VİDEO
Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO
Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər: diplomatiya nəticə verir...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat