Raminz Mehdiyevin nəvəsinin xeyir işi ətrafında qalmaqllar geddikcə böyüyür...
Qeyd edək ki, bu gün S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyada tutduğu vəzifədən imtina edib. Milli Məclisdə Regional məsələlər komitəsinə rəhbərlik edən Siavuş Novruzovun depuatat kimi gələcəyi isə hələlik sual altındadır.
Əldə etdiyimiz məlumata görə isə Siyavuş Novruzov qalmaqllı toyda iştirak edən yeganə deputat deyil. Bakısəsinə daxil olan məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli də həmin şənlikdə iştirak edib.

Bundan başqa toyda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimlinin də toyda iştirak etdiyi bildirilir.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqelərini dərc etməyə hazırıq...скачать dle 12.1