Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
165 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
***
13:33
Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil Nazirliyi isə məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlamasında həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını deyib. O, həmin məktəbə getdiyini bildirib:
"Şagirdlər də həmin videonun bu məktəbdə qeydə alındığını təsdiqlədilər. Videoda görüntülənən şagirdləri hansı cəzanın gözlədiyi məsələsinə gəlincə isə, onlara yalnız məktəbin daxili nizam-intizam qaydasını pozduqlarına görə xəbərdarlıq edilə bilər".
Məbtəbdən verilən məlumata görə, direktor Vüqar Məmmədov Bakı Şəhər Təhsil İdarəsinə çağırılıb.
Şagirdlərin dərsində "oyun çıxardığı" müəllimə töhmət verildi - YENİLƏNİB (VİDEO)
26
yanvar
14:37
Qarabağ
KOMMENTLƏR
Onlara “Zəngilanın azad olunmasına görə” medalı verildi - SİYAHI
Kəlbəcər məktəblərində saxtadiplomlu müəllimlər direktorların YAXIN QOHUMLARIDIR - SİYAHISI
İlham Əliyev hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi
Prezidentin müsahibəsinin - Tam mətni
İlham Əliyev dünyaya səsləndi - TAM MƏTN
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev