Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən Bakısəsinə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Kazımov Rəşad Ramiz oğluna qardaşı Qobustan rayon sakini Məmmədov Tehran Xoşbəxt oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan köynəyə xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 1,978 qram narkotik maddə “heroin” aşkar edilib.
Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Niyazov Ağamədi Fəxrəddin oğluna qardaşı Abşeron rayon sakini Niyazov Fəxri Fəxrəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,295 qram narkotik maddə “heroin” aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
24
avqust
16:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat