Zavallı Azərbaycan xalqı bərbad səhiyyəyə görə dünyanın ən çox dərman yeyənləri siyahısındadır.
Bakısəsi xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına görə, bu ilin ilk 7 ayında ölkəyə 214 milyon 067 min dollar məbləğində əczaçılıq məhsulları idxal olunub: “Bu məbləğ ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir. Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb”.
Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi də məlumat verir ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb: “İyul ayında Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox, yəni 55 milyon dollar olub”.
Q. İbadoğlu bildirib ki, Qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir: “Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsində əsas xərclərdən biri də dərmanların alışıdır”.
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
25
avqust
12:05
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev