Erməni tərəfi Goranboy rayonu istiqamətində təxribatı Tovuz hadisələrindəki itkilərini kompensasiya etmək üçün törədib.
Bu barədə avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdi ilə bağlı Bakısəsinə açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkilininin sözlərinə əsasən, bu, olduqca unikal əməliyyat idi:
“Son vaxtlar düşmən tərəfi Tovuz hadisələrinin davamı olaraq elə təxribat üçün zaman axtarırdı. Çox maraqlı məsələdir ki, Tovuz hadisələrinin məhz 40-cı günü ermənilər təxribata əl atdılar. Tovuz istiqamətindəki döyüşlərdə onlar çox ciddi itkilər vermişdilər və bunun qisasını almaq, eləcə də o vaxtkı itkilərini kompensasiya etmək üçün belə bir addım atdılar”.
Erməni tərəfinin Goranboy istiqamətində öncədən düşünülmüş plan əsasında təxribat törətdiyini bildirən A.Nağıyev vurğulayıb ki, düşmənin bu addımının da aqibəti acı oldu: “Nəticədə diversiya qrupunun rəhbəri, baş leytenant Qurgin Alberyan əsir götürüldü. Həmin əsirlə sorğu keçirildikdən sonra çox ciddi məsələlər də aydınlaşdırıla bilər. Bizim düşmənin nə qədər çox əməliyyat məlumatı əldə etdiyini bilməyimiz isə vacib məsələdir. Düşünürəm ki, Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi və həmin təxribatın qarşısı alındı”.
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
25
avqust
14:41
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev