Çin sosial şəbəkəsi "TikTok" ABŞ Prezidenti Donald Trampın imzaladığı və "TikTok"un istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan fərmana qarşı məhkəmə iddiası qaldırıb.
Bakısəsi qafqazinfo-ya istinadən bildirir ki, bu barədə şirkət açıqlama yayıb.
"Hökuməti məhkəməyə vermək bizim üçün asan deyil. Ancaq hüquqlarımızı, habelə icmalarımızın və işçilərimizin hüquqlarını qorumaq üçün hərəkət etməkdən başqa çarəmiz yoxdur", - deyə "TikTok"un yaydığı press-relizdə bildirilir.
Qeyd edək ki, avqustun 6-da imzalanan fərman dərc edildiyi tarixdən 45 gün sonra "TikTok"un sahibi "ByteDance" şirkəti ilə ABŞ-ın yurisdiksiyasında olan hər hansı bir əmlakla bağlı istənilən əməliyyatın aparılmasını qadağan edəcək.
Trampın sonrakı icra sərəncamında isə şirkətə müqaviləni başa çatdırması üçün 90 gün vaxt verilib.
Orijinal icra sərəncamında bildirilib ki, "TikTok" ABŞ iqtisadiyyatına və milli təhlükəsizliyinə təhlükə törədir. ABŞ rəsmiləri Çin hökumətinin ABŞ vətəndaşları istifadəçilərinin məlumatlarını əldə edəcəyindən qorxurlar. Şirkət iddia edir ki, bu məlumatları heç vaxt orqanlara ötürmür.
“TikTok” Trampın fərmanını məhkəməyə verdi
25
avqust
14:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev