Millət vəkili Elman Nəsirov Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında videoformatda keçirilən görüşü şərh edib. Deputat əvvəlcə əsas müzakirə predmetlərinə diqqət çəkib:
• 2021-ci ilin dekabrında Brüsseldə baş tutan üzbəüz görüş Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edib.
• Videoformatda keçirilən dünənki görüş isə Brüsselin məntiqi davamıdır.
Millət vəkili Elman Nəsirov bildirib ki, ən çox fikir mübadiləsi aparılan məsələlər iki ölkə arasında humanitar əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin açılmasıdır.
Həmçinin sərhədlərin delimitasiya və demarkasiyasının həll olunması da müzakirə olunub. Etimad mühitinin formalaşdırılmasına da xüsusi diqqət ayrılıb.
Elman Nəsirov başqa məqamlara da toxunub:
"I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşının taleyindən xəbər yoxdur. Onlar itkin düşüb və Azərbaycan bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edir.
- Kütləvi məzarlıqların tapılması da öz həllini tapmalıdır.
- Azad olunan ərazilərin minalardan təmizlənməsi hazırda ən ağır problemlərdən biri olaraq qalmaqdadır. Belə ki, Ermənistanın mina müharibəsinə görə 16 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər yaralanıb".
Elman Nəsirov sonda hər iki ölkəyə göndərilməsi razılaşdırılan YUNESKO missiyalarından da bəhs edib. Müvafiq araşdırmalardan sonra YUNESKO-nun sülhyaratma prosesinə töhfə verməsi nəzərdə tutulub.
İlham Əliyevin Avropa İttifaqı qarşısında qaldırdığı ƏSAS MƏSƏLƏLƏR - ŞƏRH
07
fevral
11:05
Qarabağ
KOMMENTLƏR
İlham Əliyevin Şarl Mişellə görüşündə hansı məsələlər müzakirə olunub? - YENİLƏNİB
Elman Nəsirov: “Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur”
Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası
Şarl Mişellə Paşinyan arasında görüş başladı
Elman Nəsirov: “Ermənistanla münaqişə Avropa İttifaqı ilə gündəliyimizin tərkib hissəsi olmayıb, ancaq...”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı