“Cənab İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda toxunduğu əsas məsələlərdən biri də Azərbaycan-Avropa İttifaqı münasibətləri ilə bağlı oldu. Cənab Prezident vurğuladı ki, Avropa İttifaqı Azərbaycan üçün önəmli tərəfdaşdır, bizim Aİ ilə çox geniş gündəliyimiz mövcuddur”.
Bu fikirləri açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
Belə ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşən deputat, Birliyin iştirakı ilə baş tutan rəsmi görüşlərə də diqqət çəkib.
Elman Nəsirov fikirlərinin davamında Dövlət başçısının Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki rolu ilə bağlı verdiyi açıqlamalara da toxunub:
“Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycan və Aİ münasibətlərində ticarət, enerji, nəqliyyat, demokratik inkişaf məsələləri xüsusi rola malikdir. Amma heç bir zaman Ermənistan-Azərbaycan münaqişəsi Aİ ilə gündəliyimizin tərkib hissəsi olmayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olub və Aİ bu məsələyə bir qədər uzaq mövqedə dayanıb. Ancaq İlham Əliyev qeyd etdi ki, Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox fəal rol oynaya bilər və oynayır da.
Eyni zamanda Prezident onu da vurğuladı ki, indi Brüssel mənim səfərlərimin əsas təyinat məntəqəsinə çevrilib. Bu da təsadüfi deyil. Çünki Minsk qrupu öz işinin öhdəsindən gələ bilmədi və onun fəaliyyətinin səmərəlilik əmsalı “0”a bərabər oldu, bir çox hallarda münaqişənin həllində buxova çevrildi. İndi isə Aİ tənzimləmə prosesinə fəal oyunçu kimi qoşulub və müəyyən uğurlar da qazanıb”.
Elman Nəsirov Aİ tərəfindən Azərbaycan və Ermənistana ayrılan yardımların məbləğindəki ədalətsiz bölgüdən də danışıb:
“Aİ Ermənistana 2,6 milyard avro vəsait ayrmışdı. Azərbaycana isə 140-160 milyon. Bu ədalətsiz qərar idi və biz buna haqlı etirazımızı bildirdik. Bizim bu cür mövqeyimiz öz nəticəsini verdi və artıq Azərbaycana da eyni həcmdə vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Şarl Mişellə İlham Əliyev arasında keçirilən son görüşdə Avropa İttifaqının minatəmizləmə əməliyyatlarına 5 milyon avro vəsait ayırması da razılaşdırılıb”.
Millət vəkili Ukrayna böhranı fonunda Azərbaycanın Avropa üçün enerji təhülkəsizliyi baxımından əhəmiyyətinin daha da artdığını sözlərinə əlavə edib.
Elman Nəsirov: “Ermənistanla münaqişə Avropa İttifaqı ilə gündəliyimizin tərkib hissəsi olmayıb, ancaq...”
03
may
15:09
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev