Təhsil nazirləri dəyişsə də məktəblərin problemləri bitmək bilmir. Müdriklərin buyurduğu kimi, dənizin dadını bilmək üçün bircə damcı da kifayət edir. Ona görə 2 məktəbin timsalında Nərimanov rayonunda təhsilin durumunu bilmək olar. İlk öncə 45 saylı orta məktəbdən başlayaq. Bir neçə il əvvəl bu məktəbdə baş verən rüsvayçılıq barədə bütün ölkə bildi, saytlar yazdı, sosial şəbəkələrdə paylaşdılar. Təsəvvür edirsiniz XI sinif şagirdi qızla məktəbin qadın müəlliməsi arasında az qala sevgi yaşanırmış. Bircə lesbiyankamız çatmırdı. Düzdür o zamankı məktəb direktoru Nazilə xanım təcili olaraq qadın müəlliməni işdən uzaqlaşdırdı. Hə, nə olsun ? Problemlər davam edirsə, işdən çıxarmağın nə faydası. 45 saylı məktəbin hazırkı direktoru Nəcibə Axundova da sövdələşmə yolu ilə bu vəzifəyə gəlib. Və şagirdlərə də təmir, fond, bayram pulu kimi baxır. Yəni məktəbin divarlarında “Uşaqlar bizim gələcəyimizdir” yazılsa da şagirdlərə pul mənbəyi kimi baxırlar. Şəhid Natiq Tağıyev adına 212 saylı orta məktəbdə də vəziyyət eynidir. Təsəvvür edirsiniz şəhidin adını daşıyan, açılışında Prezident İlham Əliyevin iştirak etdiyi məktəbdə nələr baş verib. Düzdür hazırda koronavirusla bağlı məktəblər bağlanıb. Ancaq məktəblər bir gün açılacaq və yenidən problemlər başlayacaq. Məktəbin direktoru Rəhimova Məlahət xanım bilmir ki, bayramlarda şagirdlərdən nə qədər pul toplanır? Görəsən direktor bilmir ki, pul verməyən imkansız uşaqları hansı həddə çatdırırlar ? Bilmirsə, lap pis. Bilirsə, bu artıq bizim deyil,müvafiq orqanların işidir.
Ardı var......
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)
45 və 212 saylı məktəblərdə nələr baş verir ?
26
avqust
13:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev