Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.
Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək.
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
Azərbaycanın daha 5 cüdoçusu Parisdə mübarizəyə başlayacaq
19
fevral
11:13
Qarabağ
KOMMENTLƏR
Onlara “Zəngilanın azad olunmasına görə” medalı verildi - SİYAHI
İlham Əliyev hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi
Silahlı Qüvvələrin hərbçiləri və DİN-in əməkdaşları təltif edildi - SİYAHI
İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
İlham Əliyev dünyaya səsləndi - TAM MƏTN
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev