Azərbaycada koronavirusa görə tədbiq edilən karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin müəyyən yumşalmalar edilməklə karantin rejiminin yenidən uzadılması barəsində də fikirlər səsləndirilir. Gələn həftədən başlayaraq rayonlara gediş-gəlişin bərpası gözlənilir.
Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən deputat Cavid Osmanov bildirib ki, son günlərin statistikası ümidvericidir:
"30 gün bundan öncəki dövrdən tamamilə fərqli mənzərə ortaya çıxıb. Unutmamalıyq ki, koronavirus hələ də bizimlə yaşamaqdadır. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı da dünyada fövqəladə vəziyyəti 3 ay uzadılması ilə bağlı qərar qəbul edib. Amma bununla yanaşı sentyabrın 1-dən müəyyən yumşalmalar ola bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah son günlərin statistikasını, mövcud pandemiya vəziyyətini və gələcəkdə hansə problemlərlə qarşılaşa biləcəyimizlə bağlı bütün məsələləri analiz etdikdən sonra öz qərarını verəcəkdir”.
Cavid Osmanov fikrini belə tamamlayıb:
"Düşünürəm ki, müəyyən məhdudiyyətlər və qaydalarla sentyabrın 1-dən rayonlara gediş-gəliş bərpa edilə bilər. Eyni zamanda bu yumşalma iri ticarət mərkəzlərinə şamil edilə bilər. Operativ Qərargah bu məsələ ilə bağlı çox ciddi analiz apardıqdan sonra ən doğru qərarı verəcəkdir”.
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
26
avqust
16:22
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev