Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, milyonlarla insanın sevgisini və rəğbətini qazanmış, Prezident İlham Əliyevin ən etibarlı dayağı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

 
Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər azrulayıram.

 
Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, dünya siyasi liderlik zirvəsinə yetişən nadidə xanımlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, müxtəlif ölkələrin ali ordenləri ilə təltif olunan, YUNESKO və ISESKO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva var.
 
Mehriban xanımın bu zamana qədər yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanımın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth edib.

 
Mehriban xanımın fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü xeyirxah işləri təsnifatlaşdırmaq qeyri-mümkündür. Hansı sahəyə üz tutmasından asılı olmayaraq, bütün fəaliyyəti ilə dövlət siyasətini tamamlayır, Ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident cənab İlham Əliyevin əzəmətli və möhtəşəm fəaliyyətinə böyük dəstək verir. Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev fondunun təşkilatçılığı ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən çoxşaxəli və çoxsaylı layihələr nadirliyi, orijinallığı, vətənpərvərliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Azərbaycan həqiqətlərinin, xüsusilə, Xocalı soyqrımı, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktının dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva müstəsna xidmətlər göstərib.

 
Hörmətli Mehriban xanım, doğum günü münasibətilə Sizi bir daha təbrik edir, Uca Tanrının mərhəmət və nəzərinin hər zaman üzərinizdə olmasını arzulayıram. Cənab Prezidentimiz başda olmaqla, Allah Sizi, dövlətimizi, xalqımızı qorusun!

скачать dle 12.1