Aşıq Zülfiyyə həyat yoldaşının vaxtilə çox qısqanc olduğunu açıqlayıb.
Bu barədə o, "Qonağım ol" verilişində danışıb: "Təzə evlənən vaxtlar müəyyən qısqanclıqları olurdu. Cavan oğlanlar, cavan qızlar gül gətirirdilər. Cavan oğlanlar gül gətirəndə deyirdi ki, görürsən ki, gül gətirən cavan oğlandır, səhnədən çıx da. Deyirdim ki, olmaz axı, ona hörmətsizlik olar, ayıbdır", - deyə aşıq Zülfiyyə qeyd edib.
Sənətçinin sözlərinə görə, belə hallar çox olub: "Ya hansısa çəkilişdən, ya da hansısa konsert proqramından gələndə görürdüm ki, dinmir, danışmır, inciyib, küsüb. Deyirdi ki, sən ən azından o adam yaxınlaşanadək səhnədən çıxa bilərdin. O vaxt Dövlət Filarmoniyasında, Respublika Sarayında "Aşıq Pəri" məclislərində çıxış edirdik. Həmişə də gül gətirənlər olurdu. Ən çox onda söz-söhbətimiz olurdu. Sonra uşaq oldu, böyüdü. Özü də gördü ki, əldə olmayan şeylər var idi ki, onu da gərək qəbul edəsən".
"Ərim məni cavan oğlanlara qısqanırdı, söz-söhbətimiz olurdu" - Video
23
fevral
01:37
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı