Rəqqasə Renka və Aşıq Zülfiyyənin oğlu Babək arasında gərginlik yaşanıb.
OLAY yazır ki, onlar “İndi başla” verilişində qonaq olarkən mübahisə ediblər. Buna səbəb isə Renka atasındna və sənətə başlamasından danışarkən Babəkin “off” deməsi olub. Rəqqasə onun reaksiyasına qəzəblənib və göz yaşlarını saxlaya bilməyib. O,  “Deyəsən, sıxıldız. “Off” dediz. Mən elə rekaisya vermirəm siz dnaışanda. Ayıbdır axı. Siz də danışanda mən belə edəcəm. Mən o tərbiyədə deyiləm”, sözlərini bildirib.
Aşıq Zülfiyyə isə “Siz Allah rəhmət etsin deyəndə o reaksiyanı verdi. O, nənə-babasını çox istəyirdi” söyləyib. Bu zaman Babək anasına nəsə açıqlama vermək məcburiyyətində olamdığını deyib.
Daha sonra Babək söyləyib ki, qadınla qərəzi ola bilməz və hörmətsizlik etməz. Aşıq Zülfiyyə də Renkanın oğlunu yanlış anlamamasını istəyib. Buna abxmayaraq, rəqqasə efiri tərk edib.

скачать dle 12.1