Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü barədə məlumat yayıb.
XİN-dən bildirilib ki, C.Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
M.Çavuşoğlu cari səfərin ikitərəfli yüksək səviyyədə inkişaf edən əlaqələr, Şuşa bəyannaməsinin icrası istiqamətində görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Nazir, Xocalı qətliamının 30-cu ildönümündə Şəhidlərin xatirəsini hörmətlə anıb.
C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və Azərbaycanın bu xüsusda atdığı addımlar, delimitasiya prosesi, o cümlədən kommunikasiya və nəqliyyat xəttlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən quruculuq işləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal iştirakı yüksək qiymətləndirilib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
xxx
14:34
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş başa çatıb.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
xxx
12:33
Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.
Bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.
Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.
Qeyd edək ki, nazirlərin regional məsələləri, həmçinin Ukrayna ətrafındakı durumu müzakirə edəcəkləri gözlənilir.
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü barədə məlumat - YENİLƏNİB
05
mart
18:18

Qarabağ
KOMMENTLƏR
Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - FOTO (YENİLƏNİB-1)
Azərbaycan və Litva XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB
Ceyhun Bayramov Dmitri Kuleba ilə görüşdü
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Ceyhun Bayramovla Çavuşoğlunun görüşü başladı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat