Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində tanınmış 10-a yaxın şəxs ifadə verib.
Zərərçəkmiş Nadir Mahmudov ifadəsində bildirib ki, anasından yadigar qalmış qızıl saatı Yasamal rayonu ərazisində yerləşən lombarda qoysa da, hələ də geri ala bilməyib: "Həmin saata görə 3 il faiz ödəmişəm. O saat mənə anamdan qalıb, ona görə də mənə onun dəyəri də lazım deyil".
Maqsud Mahmudov isə həmin saatın ödənişinin gec çatdığına görə satışa çıxarılmış ola biləcəyini deyib.
İfadə verən digər zərərçəkmişlər isə Maqsud Mahmudova məxsus lombarda müxtəlif əyarlı qızıllar qoyduqlarını, polisə müraciət etdikdən sonra isə hamısını geri aldıqlarını deyiblər.
Proses martın 16-da davam etdiriləcək.
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
"Anamdan qalan qızıl saatı hələ də ala bilmirəm" - Məhkəmə
14
mart
14:15
Qarabağ
KOMMENTLƏR
Onlara “Zəngilanın azad olunmasına görə” medalı verildi - SİYAHI
İlham Əliyev hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi
İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
Silahlı Qüvvələrin hərbçiləri və DİN-in əməkdaşları təltif edildi - SİYAHI
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edildi - SİYAHI
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev