Dövlət Gömrük Komtəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb.
Komitədən verilən məlumata görə, sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.
Məlumata görə, sürücü idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib. Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, metadon "Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələ"»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir. Alprazolam isə «Dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.
Qubadlıda Ermənistana yük aparan İran vətəndaşı saxlanıldı
16
mart
12:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı