Gürcüstandan Azərbaycana qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, Gürcüstan istiqamətindən Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında və digər gizli saxlanc yerlərində çəkisi 0,5 qram psixotrop maddə - metamfetamin və 3 qram narkotik vasitə - marixuana aşkar edilib.
Daha sonra sürücü yoxlama otağına dəvət olunub və üzərindən, ümumi çəkisi 2 qram psixotrop maddə - metamfetamin və 2 qram narkotik vasitə - marixuana aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Ölkəyə narkotik keçirmək istədi
08
sentyabr
13:04

Qarabağ
KOMMENTLƏR
Gürcüstandan külli miqdarda dərman gətirmək istədi - Foto
Rusiyadan Azərbaycana dərman preparatları keçirmək istədilər
Gürcüstandan ölkəyə dərman preparatlarının qanunsuz gətirilməsinin qarşısı alınıb
Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı
Qubadlıda Ermənistana yük aparan İran vətəndaşı saxlanıldı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi