Azərbaycan Tibb Universitetindən Bakısəsinə verilən məlumata görə, avqustun 26-da Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı, Azərbaycan Tibb Universitetinin II mamalıq və ginekologiya şöbəsinin əməkdaşı Naziya Şəmsəddinskaya ömrünün 94-cü ilində vəfat edib.
Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. Özünün çoxşaxəli fəaliyyəti ilə professor N.Şəmsəddinskaya tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş Naziya Şəmsəddinskaya həm də 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların müəllifidir. Yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri olan əməkdar elm xadimi N.Şəmsəddinskaya 40 elmlər namizədi, üç tibb elmləri doktoru hazırlayıb. Çoxsaylı beynəlxalq konqreslərdə iştirak edən professor fəaliyyəti boyunca Azərbaycan elmini xarici ölkələrdə layiqincə təmsil edib.
"Şöhrət" ordeni laureatı N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya xanım böyük ictimai iş də aparıb. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub.
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
28
avqust
17:55
Qarabağ
KOMMENTLƏR
Prezident nekroloq imzaladı
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür
Teymur Mustafayev koronavirusdan ölüb?
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib (FOTO)
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev