Müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, "Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi deyilib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.
"Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə, müğənni cavab verib.
M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:
"Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. "Dost" sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiyəni hər zaman müdafiə etmişəm, yenə də pisləmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki... Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam".
Vasif Manafı niyə məyus etdi? - Dostluqları bitdi
29
mart
03:53

Qarabağ
KOMMENTLƏR
"Maddi və mənəvi cəhətdən Manafın yanında olmuşam" - Vasif Məhərrəmli
Vasif Məhərrəmli əməliyyat olunacaq
Vasif mahnı oxuyarkən hönkürdü, Zaur yarımçıq dayandırdı - VİDEO
“Yoldaşımı itirməyim ən ağır günüm olub” - Vasif Məhərrəmli efirdə ağladı + Video
Vasif Məhərrəmli Rəhimin xəstəliyi ilə bağlı görüntüləri paylaşdı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat