"Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub: "Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir. Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir.
S.Qafarova bildirib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir: "Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".
Milli Məclisin sədri: "Qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır"
28
mart
18:38
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev