“Ermənistan dövləti ikili siyasət həyata keçirir. Bir tərəfdən, Ermənistanın baş naziri səviyyəsində Təhlükəsizlik Şurasının toplantısı çağırılır və Azərbaycanla sülh sazişinin bağlanmasına razılıq ifadə edilir, digər tərəfdən isə Ermənistanın qeyri-qanuni silahlı birləşmələri hələ də təxribatçı fəaliyyətlə məşğul olurlar. Belə ki, onların Pirlər kəndində yenidən silahlanması, mülki əhalinin də bu prosesə cəlb olunması ilə bağlı informasiyalar yayılır. Bu, anlaşılmaz siyasətdir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistan özünü banal dövlət kimi aparır: “Dövlətin siyasi rəhbərliyinin qəti prinsipial mövqeyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev isə il yarımdır ki, sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Yəni, dəyişməz və prinsipial mövqe nümayiş etdirir. Ermənistanın siyasi liderinin davranışı ilə onun tör-töküntülərdən ibarət qondarma rejiminin davranışı ilə bir-birinə tamamilə ziddir. Bu, sözsüz ki, alternativ çıxış yolları tələb edir. Ona görə də Ali Baş Komandanın fikri belədir ki, bizə qarşı hansısa təhdid olarsa, təhdidin qarşısını yerindəcə alacağıq. Yəni, "dəmir yumruq" yerindədir. Ermənilərin təxribat xarakterli davranışları Azərbaycanı sərt adekvat addımlar atmağa vadar edə bilər. Bu isə regionda sülh və təhlükəsizlik mühitinin nə qədər kövrək olduğunu göstərir. Ermənistan nəticə çıxarmalıdır ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək özünə qarşı yönəlmiş təhdid və təxribatları yerindəcə məhz etmək gücünə, eləcə də hüququna malikdir. Bunun üçün Azərbaycan anti-terror əməliyyatları da icra edə bilər. Ermənistan 44 günlük Vətən müharibəsinin nəticələrini bir daha analiz edərək dəqiq qərar verməlidir. Onlar odla oynayırlar. Diqqətli olsunlar, çünki bu od onların özünü yandıra bilər”.
“Ermənistan odla oynayır, diqqətli olsunlar, bu od onların özünü yandıra bilər”
01
aprel
11:12

Qarabağ
KOMMENTLƏR
Deputat: “Ermənistanın Azərbaycana qarşı təxribatçı davranışları onlar üçün çox pis perspektiv vəd edir”
"Ermənistan ilin sonuna kimi sülh müqaviləsini imzalamağa hazırdır" - Erməni deputat
Paşinyan nəyə arxayındır? - “Hindistan və İrandan aldığı silahlar...”
Ermənistan sülhə gəlməsə… - Deputat qarşı tərəfin təxribatlarından DANIŞDI
“Paşinyan hakimiyyətini qoruya bilibsə, deməli, erməni xalqına müharibə lazım deyil” - RƏY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat