Rusiyanın daha bir deputatı Azərbaycanı hədələyib. Dövlət Dumasının üzvü, siyasətçi Aleksandr Şerin bildirib ki, əgər kimlərsə Rusiyanın gücsüz olduğunu düşünürsə, o zaman onlara "Kalibr" və "İsgəndər"lə cavab veriləcək: "Fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi dövlətlər həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycan tərəfindən müəyyən iddialar səsləndirilir".
Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı Delyagin Mixayıl ölkəmizi nüvə silahı ilə hədələmişdi.
Bununla bağlı deputat Fazil Mustafa açıqlamasında bildirib ki, həmin deputatların danışdıqları cəfəngiyyatdan ibarətdir. O qeyd edib ki, Rusiyada hədə ritorikası yığışdırmalıdırlar.
"Bu, Rusiyanın maraqlarına ziddir. Həmin deputatlar boş-boş danışırlar. Bir neçə gün bundan qabaq bir deputat hədə ritorikası ilə danışdı, daha sonra üzr istədi. Bu dəfə danışan da ona doğru gedir. Böyük-böyük danışırlar, münasibətin pozulmasına gəlib çıxanda üzr istməyə başlayırlar. Azərbaycan öz işində olmalı, daha da güclənməli, öz imkanlarını genişləndirməli, özünü müdafiə qabiliyyətini artırmalıdır. Qalan hədələr boş şeylərdir. Türkiyədən də hər zaman reaksiyalar olub ki, Azərbaycanı kimsə tək görməsin. Azərbaycan yalnız ölkə deyil ki, hər çatan hədələyə bilsin. Rusiya ilə də normal münasibətlərimiz var. Bu şəxslər ermənilərin təhriki ilə münasibətləri pozmağa çalışırlar. Bu, ermənilərin qarşısında borcunu ödəmək məqsədilə edilən bir çıxışdır. Bu danışan şəxs Yaponiyanı də hədələyirsə, demək onun başı pozulub. Yəni, ağıllı adam Yaponiyanı hədələyərmi? Yaponiya ABŞ-ın ən yaxın müttəfiqidir".
"Onun başı pozulub" - Azərbaycanı hədələyən rus deputata CAVAB
01
aprel
14:48
Qarabağ
KOMMENTLƏR
Rusiyalı deputat Azərbaycanı "İsgəndər" raketi ilə HƏDƏLƏDİ
İşçi qrupun üzvü: "Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir"
Rusiya XİN-dən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA
"Rusiya prezidenti bu barədə düşünməlidir" - Elman Nəsirov
Rusiyalı deputat Azərbaycanı nüvə silahı ilə HƏDƏLƏDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı