Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat yaşanıb.
Proqram zamanı Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycanı “proksi dövlət” adlandırıb. Bununla yanaşı, veriliş zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunulub.
“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə deputat söyləyib.
Belə ki, rusiyalı deputat öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirib. Sorğuda izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri soruşulub.
Cavablar arasında “Bəli, lazımdır” 28%, “Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, “Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.
Rusiyalı deputat Azərbaycanı nüvə silahı ilə HƏDƏLƏDİ
29
mart
13:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat