“Həyatda səhvsiz insan olmur. Ombudsman Səbinə Əliyevanın məlum toy hadisəsindən sonra bu günə kimi susqunluğu onun səhvini etiraf etməsi kimi başa düşülməlidir”
Bakisesi.com xəbər verir ki, bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlum toy qalmaqalından sonra Ombudsman Səbinə Əliyevanın bəzi mətbuat səhifələrində hədəf olaraq götürülməsinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Səbinə Əliyeva bir ildir ki, Ombudsman təyin olunub: “Onu da nəzərə alaq ki, Səbinə xanım bir il olar Ombudsman vəzifəsinə təyin olunub. Gənc və savadlı kadrdır. Bir il müddətində də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən addımların atmasının şahidi olmuşuq. Qeyd edək ki, Səbinə xanım o toya tək yox, həyat yoldaşı ilə gedib. Bu Azərbaycan mentalitetidir və o həyat yoldaşının dəvəti ilə toyda iştirak edib”.
Çingiz Qənizadə ombudsmanın susqunluğuna da aydınlıq gətirib: “Nəzərə alaq ki, Səbinə xanım bununla bağlı mətbuata özünə haqq qazandıran, cəmiyyəti və jurnalistləri qıcıqlandıran müsahibələr vermədi. Susqunluğu onun peşmançılığıdır. O baxımdan da Səbinə xanımın üzərinə getmək, onun istefasını tələb etmək və mətbuatda müzakirə olunmasının tərəfdarı deyiləm. Səhvsiz insan yoxdur. Hesab edirəm ki, onun bu vəzifədə fəaliyyətini davam etdirməsi üçün ona şans verilməlidir”.
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
29
avqust
13:26
Qarabağ
KOMMENTLƏR
Ombudsmanın hesabatı Milli Məclisdə
Ombudsmanın gözqamaşdıran sırğaları sərvət dəyərindədir - FOTO/VİDEO
Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər? - AÇIQLAMA
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev