“Məhsuldar və uğurlu keçən Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həmin görüşün nəticələri, müzakirələrin gedişi barədə məlumat verib. Azərbaycan və Türkiyə münasibətləri dostluq, qardaşlıq və strateji müttəfiqliyə dayanır. İki dövlət arasında hərbi müttəfiqlik münasibətləri də var və Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri özünün ən yüksək səviyyəsinə çatıb”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətlərinin yüksək səviyyə çatmasında hər iki dövlət başçısının müstəsna rolu var: “Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel görüşü ilə bağlı qələbəsini Türkiyə Prezidentinə bildirməsi, müzakirə açması təqdirəlayiqdir. Qoy, bütün dünya şahidlik etsin ki, biz dost və müttəfiq dövlətlər olaraq qazandığımız uğurlar, qarşılaşdığımız problemlər və onların həlli istiqamətində daim məsləhətləşmələr aparırıq. Bu, həm də ötən ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin fəlsəfəsindən irəli gəlir. 44 günlük Vətən müharibəsi də bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. İndi də Brüssel görüşünün mahiyyəti, əldə edilən uğurlar və həllini gözləyən məsələlərlə bağlı cənab Ərdoğanla məsləhətləşmə aparılması bunun sübutudur. Nəticə etibarilə, bütün bunlar Azərbaycanın mövqeyini gücləndirən addımlardır. Təbii ki, Ermənistan da bu prosesləri diqqətlə izləyir və görür ki, Brüssel görüşünün nəticələri ilə bağlı Azərbaycan və Türkiyə siyasi liderləri məsləhətləşmə aparırlar. Bu, iki dövlətin, iki xalqın və iki liderin hər zaman bir-birinin yanında olduğunu sübut edir”.
 скачать dle 12.1