“Pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Azərbaycanada yoluxma sayı artıq ikirəqəmlilər üzərindədir. Bəziləri düşünür ki, artıq koronavirusun kökü kəsilib, peyvəndə ehtiyac yoxdur.
Mərdan Əliyevin sözlərinə görə, yoluxma sayı payızda yenidən yüksələcək:
“Yoluxma sayı azalıb, pandemiya artıq bitib. Lakin pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır. Virus bizimlə olacaq, amma pandemiya səviyyəsində olmayacaq. Üzü payıza doğru müəyyən alovlanmalar ola bilər. Qrip kimi”.
İnfeksionist 3-cü dozanın vurulmasına ehtiyac olmadığını söyləyib:
“Xüsusi risk qrupuna daxil olan şəxslər 65 yaşdan yuxarı olanlardır. Onlar peyvənd olunmalıdır, lazım gəlsə, 4-cü dozanı da vurdurmalıdırlar".
M. Əliyev qeyd edib ki, yaxın vaxtlarda maska və peyvənd sertifikatı ləğv oluna bilər:
“Bəzi ölkələrdə həm peyvənd sertifikatı, həm də maska məcburiyyəti ləğv olunur. Bu, Azərbaycanda da gözlənilir. Əgər səxs xəstəliyi bir dəfə keçiribsə, cavan və sağlamdırsa, 3-cü dozaya ehtiyac yoxdur”.
Maska və COVID pasportunun ləğvi - İnfeksionist: "Bu, Azərbaycanda da gözlənilir"
08
aprel
18:28
Qarabağ
KOMMENTLƏR
“COVID-19 əleyhinə yeni peyvəndə ehtiyac yoxdur“ - İnfeksionist
“Bu gedişlə Azərbaycanda karantin rejimi bir də…” - Açıqlama
Yaxın aylarda virusa yoluxanların sayı artacaq? - İnfeksionistdən AÇIQLAMA - FOTO
“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” - Həkimdən maraqlı təklif
Azərbaycanda maska məcburiyyəti aradan qaldırılır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı