"Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Dövlətin ali məqsədi insanlar üçün ləyaqətli həyat şəraitini təmin etməkdir. Hər ilin büdcəsi hazırlanarkən bu reallıq hər zaman diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının sosial istiqamətdə imzaladığı yeni fərman və sərəncamlar əslində ardıcıl və geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin edibdir"
Bunu Olaylar.az-a açıqlamasında Millət vəkili Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan büdcəsində sosial yönüm təxminən 38 faizə yaxın idisə, bu il bu göstərici 46 faizdən yuxarıdır. Bu özü göstərir ki, Azərbaycan vətəndaşının sosial müdafiəsi, sosial rifahının təmin edilməsi dövlət üçün ali məqsəddir. Ölkə başçısının 2022-ci ildə əhalinin sosial rifahının təminatı ilə bağlı imzaladığı sənədlər dediklərimizi bir daha təsdiq edir. 
"2022-ci ildən tətbiq olunan bu yeni islahatlar tüçün illik əlavə 1,5 milyard manat vəsait ayrılmışdır. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edir.Son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilmişdir.Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə,orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artmışdır. Yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını da uğurla icra olunmaqdadır.
Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edilmiş, bu yardımın orta aylıq məbləği son bir ildə 17 faiz artmışdır.
Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfəri aylıq və birdəfəlik sosial müavinətlə təmin edilmiş, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın məbləği 60% artmışdır.
Artıq dövlət büdcəsində bütün sahələr üzrə çalışan insanların əmək haqqları, müavinətlər, pensiyalar, tələbə təqaüdlərinin həcmi artırılıb. Dünya bazarında qiymətlər artır, bir çox məhsullar ölkəyə artmış qiymətlə idxal olunur. Nəticə etibarilə insanların çətinliklə üzləşməməsi,onların sosial vəziyyətinə mənfi təsir göstərməməsi üçün öllkə başçısı qabaqlayıcı addımlar atır. Xüsusilə də həssas koteqoriyada olan şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə diqqət ən yüksək səviyyədə təmin edilib. Nəzərə alsaq ki, indiyədək 7200-dən çox müharibə əlili avtomobillə təmin edilib. 1997-ci ildən 2007-ci ilə qədər qəbul edilmiş dövlət proqramı əsasında 10 500 şəhid ailəsi mənzillə təmin edilib. 2021-2026-cı ildə daha 11 000 şəhid ailəsinin mənzillə təmin edilməsi planlaşdırılıb.Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq artıq 250 manatdan 300 manata çatdırılmışdır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq olunmuşdur. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılmışdır. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verir.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunmuşdur. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları cari ilin yanvar ayından artmışdır. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək.
Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur. Bütün bunlar bir daha belə bir həqiqəti təsdiqləyir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ilk növbədə Azərbaycan xalqının güzəranı, rifahı və həyat şəraitinin yüksək təminatı məqsədinə xidmət göstərir.скачать dle 12.1