Sabirabad rayonunun Nizami kənd sakinləri yolun vəziyyətindən gileylidirlər. Deyirlər, qışda palçıqdan, yayda toz-torpaqdan keçmək olmur. Uşaqlar dərsə yalnız maşınlarla gedə bilirlər. DİA.AZ-ın məlumatına görə, sakinlərdən Əliqismət Əlibalaoğlu Meydan TV-yə deyib ki, hələ 5 il əvvəl yolun təmiri, asfalt döşənməsi nəzərdə tutulub.
“Bunu yolçəkənlər bilirlər, asfalt döşənmədən əvvəl yer hazırlanır, özülü möhkəmlənir. Dağ torpağı gətirildi, çınqıl döşəndi. Nizamidən Moranlı kəndinə kimi yol hazırlandı, amma asfalt vurulmadı. Yol xidmətinin “qaynar xətt”inə müraciət etdik, dedilər ki yola asfalt döşənib. Yəni sənədlərdə yolun tam hazır vəziyyətdə olduğu qeyd edilib, halbuki asfalt örtüyü döşənməyib”, -şikayətçi söyləyib.
Ə.Əlibalaoğlu deyib ki, asfalt örtüyünün döşənməsi üçün 5 ildir gözləyirlər:
“Qışda uşaqlar əziyyət çəkirlər. Məktəb kəndin üç kilometrliyində yerləşir. Kimin avtomobili varsa, uşaqları dərsə apara bilir. Hacıqabul-Horadiz yolunun üstündə yerləşən kənddə yolun bu vəziyyətdə olduğundan hamı xəbərdardır”.
Sabirabad Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yolun kimin balansında olduğunu öyrənmədən sualı cavablandıra bilməzlər. İcra hakimiyyətindən əlavə ediblər ki, buna baxmayaraq hər bir halda bütün yollar mərhələlərlə təmir edilir.
Sabirabad sakinləri NİYƏ NARAZIDIR? - 5 ildir gözləyirlər...
19
aprel
10:50
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev