“Avropanın bir sıra liderləri Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukraynaya intensiv səfərlər edir, Prezident Volodimir Zelenski ilə görüşürlər. Hətta ABŞ Prezidenti Co Bayden də Ukraynaya gedəcəyinin anonsunu verib. Bu, başadüşüləndir, çünki Rusiya-Ukrayna müharibəsinin tərəflərinin sayı iki deyil. Nəzərə almaq lazımdır ki, bu günlərdə Ukraynaya səfər edən ölkə liderlərinin hər biri müharibənin birbaşa iştirakçısıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, həmin dövlətlər Rusiya əleyhinə sansksiyalara açıq şəkildə qoşulub və Ukraynanı silah-sursatla təchiz edirlər: “Hətta ABŞ və Fransa ATƏT-in Minsk Qrupunda Rusiya ilə birlikdə həmsədr olmaqdan imtina ediblər. Yəni, münasibətlər aşkar şəkildə düşmənçilik səviyyəsinə qalxıb. Azərbaycana gəlincə isə, bizim mövqeyimiz bəllidir. Azərbaycan digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, beynəlxalq hüquq prinsiplərinə əməl edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və sədridir. Yəni, Prezident İlham Əliyevin müharibənin tərəfi olan digər dövlət liderləri kimi Ukraynaya səfərinə ehtiyac yoxdur. Uzun illər işğaldan əziyyət çəkən bir dövlət kimi Azərbaycan Ukraynaya humanitar dəstəyini göstərib. Hesab edirəm ki, ən düzgün yanaşma budur. Biz mövqeyimizi haqlı sayır və onu müdafiə edirik. Azərbaycan bu müharibənin tərəflərindən biri deyil və bu niyyətimiz də yoxdur. Burada Qərbin Rusiyaya olam məlum münasibətindən söhbət gedir. Azərbaycan Rusiya ilə müttəfiqdir, həmçinin Ukrayna ilə ciddi əlaqələrə malikdir”.
Elman Nəsirov: “Azərbaycan Rusiya ilə müttəfiqdir, Ukrayna ilə də ciddi əlaqələrə malikdir”
21
aprel
16:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev