“Dünyada bahalaşma davam edəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Qeyd edək ki, ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma hələ də davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir. Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. İnsanların narahatlığını normal qarşılamaq olar. Çünki elə məhsul var ki, qiyməti ikinci dəfə bahalaşır.
Akif Nəsirlinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi dünya iqtisadiyyatına öz təsirini göstərir:
“Rusiya ilə Ukrayna arasında müharibə dünya iqtisadiyyatına yetərincə zərbə vurub. Müharibənin davamlı olması məsələni bir qədər də dərinləşdirir. Çünki Ukrayna və Rusiya dünyanın böyük kənd təsərrüfatı ölkəsi, bitki yağlarının, ərzaq buğdasının əsas istehsalçılarıdır. Ona görə də dünyada bahalaşma davam edəcək.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da bu məsələyə təsir edir. 15-ə yaxın ölkə Rusiyanın və Ukraynanın ixrac etdiyi ərzaq buğdasından 70-80 faiz asılıdır. O cümlədən də Azərbaycanın 75 faiz ərzaq buğdası idxaldan asılıdır. Bir tərəfdən ixracı məhdudlaşdırır, digər tərəfdən ixrac etdiyi məhsullara qoyduğu rüsumları artırır”.
Ekspert ölkə daxilində bahalaşmanın daha da şiddətli şəkil alacağını deyib:
“Dünyada bütün ərzaq məhsullarının qiyməti bahalaşacaq. Çünki dünyada açar ərzaq məhsulları buğda, bitki yağları və şəkərdir. Bu üçü bahalaşır, ərzaq qıtlığı yaranırsa, deməli bahalaşma davam edəcək.
Ölkə daxilində bu bir qədər də şiddətlənəcək. Azərbaycan daxilində həm idxal monopoliyaları inhisardadır, həm də daxili bazar. İnhisarçılar da rəqibləri olmadığına görə, qiymələri bahalaşdırmağa meyilli olurlar. Çünki gəlirlərini belə artırırlar”.
A.Nəsirli qeyd edib ki, Azərbaycanda qiymət dəyişməsi heç vaxt ucuzlaşmaya doğru olmur:
“Son 15 ildə Azərbaycanda qiymət dəyişməsi deyəndə ucuzlaşma nəzərdə tutulmur. Çünki rəqabət mühiti yoxdur. Sahibkarlar özlərinə lazım olanda qiymətləri qaldırırlar.
Dünya bazarında məhsul 5 faiz bahalaşırsa, Azərbaycanda 15 faiz olacaq. Bahalaşma yenə də gözləniləndir. Yay mövsümündə proses cilovlana bilər. Lakin payızda şiddətlənəcək”.
"Əvvəl buğda, bitki yağları və şəkər bahalaşacaq, sonra isə..." - Bədbin proqnoz
27
aprel
16:57
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev