Keçən günlərdə məlumat yayıldı ki, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fəaliyyəti son zamanlar hiss olunmur. Qeyd edək ki, ölkədə koronavirus pandemiyası demək olar ki, bütün dövlət qurumlarını aktiv fəaliyyətə səfərbər edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə əməl edən icra başçıları mütəmadi onlayn konfranslar keçirir, əhalinin problem və qayğılarının həlli ilə məşğul olurlar. Ancaq Azərbaycanda baş verən bu hadisələr sanki Astara rayon İcra Hakimiyyətinə aid deyil.
DİA.AZ bildirir ki, bununla yanaşı vurğulanırdı ki, rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur.
Bununla bağlı DİA.AZ-a müraciət edən Astara rayon sakinləri bildirir ki, onlar da may ayından bəri icra başçısının qəbuluna düşə bilmirlər: "Yazılanları oxuyuruq, saytlardan xəbər tuturuq ki, sən demə, jurnalistlər də icra başçısını tapa bilmir... Daha biz biçarələr nə edək?"
Sakinlər bildirir ki, dəfələrlə Astaradakı özbaşınalıqlardan "yuxarılara" şikayət etsələr də, xeyri olmayıb: "Burda nəsə sirr var. Sanki kimsə şikayətlərimizi lazımi ünvana çatdırmır, zibil qutusuna atır. Elə müraciətlərimizin birində yazmışdıq ki, Qəzənfər Ağayevi görən varmı? Yəni "yuxarılardan"da soruşuruq ki, bizim başçı hardadır..."
Qəzənfər Ağayevi görən varmı? - Sakinlər başçını axtarır
01
sentyabr
13:58
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev