Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində həm çıxışında, həm də ona ünvanlanmış suallara verdiyi cavablarda postmünaqişə dövrünün bir sıra mühüm məqamlarına diqqəti cəlb etdi, olduqca vacib tezisləri ictimaiyyətin diqqətinə çatdırdı. Bu konfrans çərçivəsində çox vacib məsələlərdən birini Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şafer qaldırdı. O bildirdi ki, bu gün postmünaqişə dövründə həllini gözləyən əsas məsələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Brenda Şafer bu kontekstdə vurğuladı ki, Ermənistan dövləti müharibə bitdikdən sonra Kəlbəcərdən etnik ermənilərin çıxarılması ilə bağlı 10 gün möhlət istədi. Azərbaycan humanizm prinsiplərindən çıxış edərək buna razılıq verdi, lakin həmin 10 gün Kəlbəcər ərazisinin minalanması üçün istifadə edildi. Bu, qəbuledilməzdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı mövqeyini növbəti dəfə açıqladı. Prezident haqlı olaraq söylədi ki, necə ola bilər, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro vəsait, Azərbaycana isə 140-160 milyon yardım paketi ayırır.
“Azərbaycan dövləti buna ən yüksək səviyyədə etirazını bildirdi, biz öz səsimizi ucaltdıq. Bizim mövqeyimiz tam haqlıdır: necə ola bilər ki, Ermənistanda bir ev uçurulmayıb, müharibə nəticəsində bir evə belə ziyan dəyməyib, amma ona 2,6 milyard avro məbləğində vəsait ayrılır. Lakin Azərbaycanın işğal altındakı əraziləri tamamilə yerlə-yeksan edilib, 10 min kvadratkilometr ərazimiz məhv edilib, dağıdılıb. Bizə isə 140-160 milyon avro məbləğində yardım ayrılır. Biz buna haqlı etirazımızı bildirdik və bu, öz nəticəsini verdi. Eyni zamanda, Prezident diqqəti bu məsələyə də cəlb etdi ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə sonuncu söhbəti zamanı o, minatəmizləmə işlərinə 5 milyon avro ayrılacağını qeyd edib. Biz buna görə təşəkkür edirik. Lakin bu rəqəmin böyük təsiri olmayacaq. Miqyas o qədər böyükdür ki, 5 milyon avro çox az bir məbləğdir. Prezident İlham Əliyev bir daha vurğuladı ki, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lər və fondlar bu istiqamətdə bizə dəstək olmalıdırlar. Bu günədək onlar bu məqsəd üçün bir dollar belə vəsait ayırmayıblar. Bu susqunluğun, bu biganəliyin kökündə nə dayanır? Təbii ki, ədalətsizlik və ikili standartlar dayanır”, - deyə Elman Nəsirov qeyd edib.
Mina problemi ilə məşğul olan təşkilatların Azərbaycana qarşı biganəliyinin kökündə ikili standartlar dayanır
06
may
15:05
Qarabağ
KOMMENTLƏR
Deputat: “Bu susqunluğun kökündə ədalətsizlik və ikili standartlar dayanır”
Elman Nəsirov: “Ermənistanla münaqişə Avropa İttifaqı ilə gündəliyimizin tərkib hissəsi olmayıb, ancaq...”
"İlham Əliyev konfrans çərçivəsində olduqca mühüm məsələlərə toxunub" - Elman Nəsirov
Ukraynaya daha 1 milyard avro yardım verildi
Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı