O bildirib ki, İspaniya bu yarışmada ən çılğın və yarışma ab-havasında olan komanda idi.
“Sanki yarışmaçılar arasında “Chanel” yarışırdı. Qalanları konsertə oxumağa gəlmişdi. Münsif heyətində olduğum üçün cinsi azlıq, cinsi çoxluq məsələlərinə də münasibət bildirmək olmur. Amma görünən mənzərələr heç də ürəkaçan deyil. Efir rejissorunun tamaşaçılar arasında hər dəqiqə elələrini tapıb göstərməkdən tutmuş, ifaçılara qədər, hətta çox rahat şəkildə bunu tamaşaçılara sunmaq. Bu, bir uçurumdur. Qoy məni geridə qalmış, nə bilim nə adlandırsınlar. Amma bu, doğru olan deyil. Buna inanıram.
Gəlirəm münsif olaraq ən yüksək səs verməyə. Ən yüksək xalımı (12 xal) Ukraynaya vermişəm. Biz münsif heyəti olaraq Ukraynanı dəstəkləyirik, necə olur ki, bu, Böyük Britaniya olur. Bu, artıq onların səhvi idi və ya oyunu, hər nə idisə... Mənə görə əsas olan istədiyimizin birinci olması idi. Qalan problemləri inanıram ki, yaxın zamanlarda həll edib sizə açıqlama verəcəklər” - Bəhruz Vaqifoğlu qeyd edib.
Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya verib. Bu barədə aparıcı Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində məlumat verib. O bildirib ki, münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən Azərbaycandan səsləri o yox, Martin açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparılır.
25 ölkənin qatıldığı 66-cı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kalush” orkestr qrupu “Stefaniya” mahnısı ilə 631 xalla qalib olub.
