“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
APA xəbər verir ki, QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.
2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.
QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Cəmi kapitalı isə 779,760 milyon manata (9% çox) çatıb.
AZAL batır: Daha 76 milyin AZN ziyan - Zərər 1.7 milyarda çatır
18
may
11:59
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı