Ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident nəticəsində biri polis olmaqla, yeddi nəfər yaralanıb və yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub.
Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kamran Dadaşzadənin dostu, İsveçdə yaşayan yazıçı Elçin Aslangil Bizim.Media ilə mərhum aktyorla bağlı sarsıntılarını bölüşüb:
"Onunla 2017-ci ildə İstanbulda tanış olmuşduq. Eyni bir tamaşada rol almalı idik. Birgə məşqimiz zamanı onun necə istedadlı olduğunu gördüm, dostluğumuz yarandı. Həqiqətən, o, çox istedadlı bir aktyor idi, çox gözəl səhnə plastikası vardı”.
Kamranın iş dalınca Türkiyəyə yollanmasına gəlincə isə Aslangil bunu yerli teatrlardakı problemlərlə əlaqələndirib:
"Bu Azərbaycan teatrının problemidir ki, orada müəyyən insanlar tərəfindən istedadlı aktyorlar incidilir və ya arxa plana keçirilir. Xüsusilə də teatrda aldığı məbləğin az olduğu üçün Kamran Dadaşzadə İstanbula üz tutdu. O, öz Vətənini çox sevirdi, əgər normal işi olsaydı, bu dəhşətli faciə də baş verməzdi”.
Kamranın Türkiyədəki karyerası haqqında da fikir bildirən sənət dostu onun bəzən işsiz qaldığı məqamlara da diqqət çəkib:
"Kamran elə də rahat həyat yaşamayıb. Oradakı fəaliyyəti müddətində bəzən seriallara çəkilir, bəzən də işsiz qalırdı. Seriallardan qazandığı məbləğlər sayəsində işsiz olduğu məqamlarda da müəyyən qədər dolanırdı. Amma Kamran heç zaman həyatdan ümidini üzməyən, mərhəmətli və kifayət qədər həssas bir insan idi”.
Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində "Kurtlar Vadisi”, "Savaşçı”, "Kardeş Payı” kimi seriallarda obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan "Servet” serialında rol alıb.
Azərbaycanlı aktyoru Türkiyədə ölümə aparan səbəb: Dostundan açıqlama
24
may
16:06

Qarabağ
KOMMENTLƏR
Azərbaycanlı aktyor Türkiyədə belə güllələndi - ANBAAN VİDEO
SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor ÖLDÜ - YENİLƏNİB
Türkiyədə güllələnən azərbaycanlı aktyor SAĞDIR - DOSTU DANIŞDI
İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO
Türkiyədə yaşayan azərbaycanlı yıxılaraq ölüb, saxlanılanlar var
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər