İstanbulda başından güllə yarası alaraq reanimasiyaya yerləşdirilən həmyerlimiz, aktyor Kamran Dadaşzadə dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, onun ölümü İstanbul Cərrah Paşa xəstəxanası tərəfindən təsdiqlənib.
Ailəsi aktyorun İstanbulun Silivri məzarlığında dəfn ediləcəyini bildirib.
***11:56
Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrahpaşa xəstəxanasında reanimasiya şöbəsindədir.
“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”, - deyə Aygün Həsənoğlu qeyd edib.
Xatırladaq ki, İstanbulda, Fatih bölgəsində mayın 23-də iki qrup arasında atışma nəticəsində biri polis olmaqla yeddi nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb.
1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. Lakin onu aktyor kimi qəbul etməyiblər.
Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda, həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.
SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor ÖLDÜ - YENİLƏNİB
25
may
15:16
Qarabağ
KOMMENTLƏR
Türkiyədə güllələnən azərbaycanlı aktyor SAĞDIR - DOSTU DANIŞDI
Azərbaycanlı aktyoru Türkiyədə ölümə aparan səbəb: Dostundan açıqlama
Azərbaycanlı aktyor Türkiyədə belə güllələndi - ANBAAN VİDEO
İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO
İstanbulda silahlı atışma: Ölən və yaralanan var
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı