Koronavirus bəlasından sonra, indi də adını son günlər tez-tez eşitdiyimiz meymunçiçəyi virusu insanları təşvişə salıb. Deyilənlərə görə, bu virus xüsusi laboratoriyalarda hazırlanıb və qəsdən yayılır.
Tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov Bakıvaxtı.az-a bildirib ki, meymunçiçəyi virusu bizim suçiçəyi xəstəliyinə uyğun gəlir:
“Meymunçiçəyi adlı xəstəlik yoxdur. Onu meymunlarda yaradıblar. Yəni, bu virus süni yaradılıb, lakin harda hazırlandığını bilmirəm.
Meymunçiçəyi insanda suçiçəyi olaraq adlandırılır. Əgər meymunçiçəyi laboratoriyada hazırlanıbsa, fərqi yoxdur, suçiçəyi olan adam da bu virusa yoluxacaq”.
R. Mahmudov qeyd edib ki, belə infeksion xəstəliklər daha çox meymunların yaşadığı ərazilərdə olur:
“Vaxtilə çiçək xəstəliyi olub, vaksin tapılandan sonra, heç kim bu vurusa yoluxmadı. 1982-ci ildə çiçək xəstəliyi dünyada tamamilə yox oldu. Çiçək xəstəliyi indi yalnız Kongo şəhərində yaşayan meymunlarda qalıb. Ümumdünya Səhiyyə Təşkilatı isə onları nəzarətdə saxlayır".
Onun sözlərinə görə, meymunçiçəyi isə əslində suçiçəyi virusudur və qorxulu deyil: "Lakin yayılanda insanı zəiflədir, bəzi orqanları zədələyir".
R.Mahmudovun dediyinə görə, koronavirusun bəlası o idi ki, panikaya düşənləri öldürdü. Həmsöhbətimiz hesab edir ki, hər bir halda qorxmaq, panikaya düşmək zərərlidir: "Çünki suçiçəyi qorxulu xəstəlik deyil. Mənə elə gəlir ki, meymunçiçəyi də qorxulu deyil”.
“Meymunçiçəyi adlı xəstəlik yoxdur, bunu süni yaradıblar“ - Rəşid Mahmudov
26
may
15:37
Qarabağ
KOMMENTLƏR
Meymunçiçəyinə qarşı peyvənd: Dünya dövlətləri ehtiyat toplayırlar
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - RƏSMİ
"Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb" - RƏSMİ
Meymunçiçəyi koronavirus kimi qapanmaya səbəb ola bilər? - Həkimdən açıqlama
ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - Xəbərdarlıq
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı