"Meymunçiçəyi elə bir təhlükəli virus deyil".
Bunu Milli.az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
O bildirib ki, bu xəstəliyin pandemiyaya çevrilmək ehtimalı yoxdur:
"Meymunçiçəyi COVİD kimi ağır deyil, sadəcə, suçiçəyi kimidir. Bu xəstəlik suçiçəyindən də daha yüngüldür, deyərdim. Çünki suçiçəyi hava-damcı yolu ilə intensiv yayılır, meymunçiçəyi üçün daha çox birbaşa toxunuş, təmas olmalıdır. Bu baxımdan meymunçiçəyi nisbətən daha yüngüldür, ağırlaşması da çox azdır.
Hazırda yayılmış olan meymunçiçəyi virusunun qərbi Afrika variantı daha yüngül keçirilir. Bu virusda olur belə xırda epidemiyalar. Bundan qabaqkı meymunçiçəyində iki ölüm halı olmuşdu, amma virus çox geniş yayılmışdı. Yəni o qədər də riskli bir xəstəlik deyil, qorxulu bir yanı yoxdur.
Suçiçəyində olduğu kimi meymunçiçəyində də dəridə ləkə qalma ehtimalı var. Çünki qaşınma olur və qopduqda həmin nahiyyədə onun ləkəsi qala bilər. Çapıq toxuması həmin hissədə dərin iz qoya bilir.
Meymunçiçəyinin əsas kliniki əlamətlərinə ümumi zəiflik, halsızlıq, başağrısı, hərarət, qaşınma, səpgilər, boğazağrısı kimi əlamətlər ola bilər. Bu xəstəlikdə bəzi hallarda öskürək də müşahidə olunur.
Bu xəstəliyin pandemiyaya çevrilmək ehtimalının olacağını düşünmürəm. Fikrimcə, elə aşkar olduğu yerlərdə az sayda epidemik ocaqlarla kifayətlənəcək".
Meymunçiçəyi koronavirus kimi qapanmaya səbəb ola bilər? - Həkimdən açıqlama
01
iyun
14:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev