Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb.
“Nəticə etibarı ilə heç bir partlayış və hücum müşahidə edilməsə də, son iki gündə gecələr hər iki saatdan bir, gündüzlər isə üç-dörd dəfə həyəcan siqnalı səsləndirilir”.
M.Aslanov qeyd edib ki, Liman rayonunda itkin düşən azərbaycanlı Ağayevlər ailəsinin üzvlərinin meyitləri tapılıb:
“Ehtimal olunur ki, onlar təhlükəsizlik məqsədi ilə ərazini tərk edəndə minaya düşüblər”.
Daha ətraflı süjetdə: