Uzun müddətdir ki, Milli Məclisdə təmsil olunan deputatların bir çoxlarının fikirləri sosial şəbəkələrdə müzakirə edilir. Hətta bəzi fikirlər sosial şəbəkə istifadəçiləri arasında lətifəyə çevrilir. Belə deputatlarımızdan biri də Elman Nəsirovdur. Onun da müəyyən açıqlama və çıxışlarından sonra bir sıra fikirləri ciddi müzakirə edilib. Həmin çıxışlardan bəziləri lətifə kimi dildə-ağızda dolaşmaqdadır. Hətta Elman Nəsirovun “erməni əsgərləri Azərbaycan əsgərinin qorxusundan səngərdə əyilə-əyilə gəzir” fikri bu gün də lətifəyə çevrilmiş məşhur fikir kimi insanların “statuslarını”, “postlarını” bəzəyir.
Bəs deputat Elman Nəsirovun bu fikirlərə münasibəti necədir? Bu cür hallarla qarşılaşanda hansı hissləri keçirir? Özünü necə hiss edir? Verdiyi açıqlamalarla bağlı gəldiyi qənaətlər nədən ibarətdir?
Deputat Elman Nəsirov Publika.az-ın bu suallarına birmənalı cavab verib. Millət vəkili deyib ki, bu o fikirləri müharibədən əvvəl səsləndirib və onun lətifəyə çevrilən bu açıqlaması 44 günlük savaşdan sonra özünü doğruldub:
“Əvvəla onu qeyd edim ki, mənə məxsus olan “erməni əsgərinin əyilə-əyilə gəzməsi” ilə bağlı fikir doğrudan da sosial şəbəkələrdə çox geniş yayılmışdı. Mən bunu Ermənistanın baş naziri Nikiol Paşinyanın arvadı, “əsabələri” ilə sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edərkən söyləmişəm. O, bizi bu addımları ilə təhqir edərkən demişəm. Mən o vaxt görürdüm ki, insanlarımızda bir ruh düşkünlüyü əmələ gəlib. “Sanki biz Qarabağı itirdik”, “o torpaqları geri almaq qeyri-mümkün olacaq”, “Paşinyan artıq həyasızlaşıb, Cıdır düzündə rəqs edir”, “Paşinyan qondarma rejimin parlamentini Şuşaya köçürmək istəyir” fikirləri sosial şəbəkələrdə yayılmağa başlayanda mən də həmin ifadəni işlətmişdim. Bu reallıqda Müdafiə Nazirliyinin xətti ilə Azərbaycanın sərhədboyu bütün hərbi hissələrini gəzmiş və əsgərlərimiz qarşısında çıxış etmiş, səngərləri öz gözləri ilə görmüş bir millət vəkili olaraq söylədim ki, erməni əsgəri Azərbaycan əsgəri qarşısında qorxusundan əyilə-əyilə gəzir. Bundan sonra mənim sözlərimə rişxəndlə yanaşdılar. Dedilər ki, ermənilər bizim ərazilərimizi işğal ediblər, görün siz nədən danışırsınız. Amma 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında bizim şanlı ordumuz tarixi zəfər qazanandan sonra çoxsaylı insanlar mənə zəng vuraraq üzrxahlıq elədilər. Dedilər ki, Elman müəllim, sizin dedikləriniz 99 faiz yox, 100 faiz özünü doğrultdu. Mən isə söylədim ki, bu haqda fikirlərimi çox yumşaq şəkildə demişəm. Erməni əsgəri Azərbaycan əsgəri qarşısında əyilə-əyilə gəzmir, sürünür, iməkləyir”.
Elman Nəsirov söyləyir ki, o vaxt deputatın səsləndirdiyi bu fikirlərə qarşı adekvat reaksiyanı anlaya bilməyib:
“Hətta mənə elə gəldi ki, onlar fikirlərimi düzgün başa düşməyiblər. Düşündüm ki, bəlkə həmin adamlar mənim “Azərbaycan əsgərinin əyilə-əyilə gəzdiyini” nəzərlərində tutublar?! Məndə şübhələr yarandı ki, bu fikrimə görə niyə bu cür reaksiyalar verilir?! Nə baş verir – deyə özlüyümdə fikirləşməyə başladım. Mən ki, erməni əsgərlərinin qorxaqlığından danışıram. Bəzi səngər görməyən adamlar dedilər ki, əsgərlər elə səngərdə əyilə-əyilə gəzir də. Onlara cavab verdim ki, ay insanlar, siz görməmisiniz, siz 1941-45-ci illər müharibəsinin səngərindən danışırsınız. Müasir, 21-ci əsrin səngərlərində əsgərlər dik, ayaq üstə gəzirlər. Güllə atmaq üçün isə divarlarda xüsusi yerlər var, oraya qalxıb düşməni cavab atəşi ilə susdururlar. Bizim səngərlərimiz həmin insanların bildiyi səngərlərdən deyildi ki, erməni əsgərləri orada əyilə-əyilə gəzsinlər. Yəni, şanlı qələbəmizlə mənim bu istiqamətdə dediyim söz 100 faiz özünü doğrultdu. Hətta buna görə xeyli üzrxahlıq edənlər də oldu. Bir çox hallarda mənimlə bağlı səsləndirilən fikirlər şər-böhtan xarakterli olub, amma mən onlara fikir vermirəm”.
Elman Nəsirov “əyilə-əyilə gəzmək”dən danışdı: “Məndən üzr istədilər”
31
may
18:31
Qarabağ
KOMMENTLƏR
“Gərək deyəydim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında sürünür, iməkləyir” - Elman Nəsirov
"Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbəyə imza atdı, ağzı göyçəklər susdu" - Millət vəkili
“Erməni əsgərləri indi də Qazaxıstanda əyilə-əyilə gəzir” - Elman Nəsirov
Millət vəkili Elman Nəsirova qarşı təxribat
"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" - Elman Nəsirov
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı