Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Aksiyadan görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə onlara əlillik dərəcəsinin düzgün təyin edilməməsinə Nazirliyin önündə etiraz edən bir qrup Vətən müharibəsi iştirakçısı və yaxınları daha sonra qurumun binasına daxil olublar. Burada etirazların şiddəti artıb. Qazilərdən biri hadisə zamanı huşunu itirib və qıcolma keçirib. Bu zaman onun dili qatlanıb və hadisə yerindəki polis əməkdaşları müdaxilə edərək ona ilkin tibbi yardım göstəriblər.
Daha sonra Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki, qazilərdən bəzilərinin sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir:
“Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onlardan bəzilərini mən tanıyıram və həmin qazilərin sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək.
Həmin şəxslər əvvəlcə hərbi həkim komissiyasına müraciət etməlidirlər. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir.
Qeyd edim ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var".
Qazilər nazirliyin binasında aksiya keçirdi - Gərgin anlar
02
iyun
12:26
Qarabağ
KOMMENTLƏR
Əlilliklə bağlı narazılıq edən qazilər barədə AÇIQLAMA - FOTOLAR
Daha 15 nəfərin əlillik dərəcəsi ləğv edildi
Vətən müharibəsi qazisinə niyə əlillik verilmir? - AÇIQLAMA
Metronun qarşısında corab satdığı deyilən qazi haqda - Açıqlama
Vətən müharibəsində yaralandığına görə əlillik verilən qazilərin sayı AÇIQLANDI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı