“Tovuz rayon sakini İbrahimov Elşən Məhəmməd oğlu ilə bağlı həm tibb müəssisəsi, həm də hərbi həkim komissiyası tərəfindən təqdim edilən sənədə əsasən qiymətləndirilmə aparılıb. Qiymətləndirilmə zamanı vətən müharibəsi iştirakçısının hazırkı vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib və imtina qərarı verilib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib.
O qeyd edib ki, əlilliyinin qiymətləndirilməsi ilk növbədə aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər - şəhadətnamə və göndəriş təqdim edildiyi halda həyata keçirilir:
“Bir daha bildiririk ki, əlillik təyinatı qanunvericiliklə tənzimlənir və təsdiq edilmiş normalara uyğun gəlmədiyi halda əlillik təyin edilmir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Elşən İbrahimova əlilliyin verilməməsi ilə bağlı görüntülər yayılıb.
Vətən müharibəsi qazisinə niyə əlillik verilmir? - AÇIQLAMA
06
noyabr
11:54

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər