
"2-3 min manat xərcləyib, üç hektar ərazidə qarpız əkmişəm. İndi az qalır ki, susuzluqdan qurusun. Nazirlik bir həftədi suyu bağlayıb deyir ki, bir də iyunun 15-də açılacaq. Burada məqsəd nədir, anlamaq olmur. Göldə su var, niyə verməsinlər? Axı əkin dözmür susuzluğa. Özləri də bilir ki, qarpıza tez-tez su verilməlidir. Mənim sahəm artıq qurumağa başlayır. 2-3 günə su verilməsə, tam məhv olacaq. Bütün əməyim də, borc alıb əkin üçün xərclədiyim pul da batacaq".
Azər Nağızadə hesab edir ki, bu vəziyyətdən Naxçıvan rəhbərliyinin xəbəri yoxdur:
"Burdan birbaşa Ali Məclisin sədri cənab Vasif Talıbova müraciət edirəm, ondan xahiş edirəm. Qoy o işə qarışsın, bizim problem həll olunsun. Tək mən deyiləm, qarpız əkənlərin hamısı eyni vəziyyətdədir. Kasıb adamlarıq, Nehrəm camaatı əkin-biçinlə dolanır. Uşağınızın çörəyi əkindən çıxır. Belə getsə ziyana düşəcəyik, uşaqlarımız ac qalacaq".
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər. //"Gündəlik Naxçıvan"//