Füzuli rayonunda əkinçiliklə məşğul olan fermerlər yeni probrlemlə üzləşiblər.
FED.azxəbər verir ki, rayonda bir sıra fermerlərə məxsus olan əkin sahələrinin suyu kəsilib. Nəticədə 20-yə yaxın fermerin əkin sahələrinə su verilməsi dayanıb. Ərazidə 30 hektar sahəyə malik olan Sabir Novruzov FED.az-a bildirib ki, tezliklə su verilməsə, onlar əkin məhsullarını itirəcəklər.
FED.az-a müraciət edən fermerlər əkin sahələrinə verilən suyun Füzuli suvarma sistemləri idarəsinin rəisi Əhməd Əsgərovun göstərişiilə kəsildiyini bildiriblər. İdarə rəhbəri bunu «limit» başa çatması ilə əlaqələndirib. Amma fermerlər bildirir ki, suyun kəsilməsi fermerlərə qarşı ayrı-seçkilik və şəxsi qərəzlik səbəbi ilə baş verib.
İş adamlarının tələblərinə və müraciətlərinə baxmayaraq su verməkdən imtina edilib və təqribən iki həftədir ki, əkin sahələri susuz qalıb
«Meliorasiya və su təsərrüfatı» ASC-dən FED.az-a bildirilib ki, suyun kəsilməsi enerji limitinin bitməsi ilə bağlıdır və bu fasilə kanalların bərpası və profilaktika üçün istifadə edilir. ASC-dən şikayətçi fermerlərin su pulu borcu olduğu da bildirilib, amma bu məbləğ açıqlanmayıb. İş adamları isə su pulu borcu olmadıqlarını bildiriblər.
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
26
sentyabr
11:25
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev