Xəbər verdiyimiz kimi, xalq artisti Həmidə Ömərova ötən gün şəhər restoranlarından birində övladına toy edib. Əsasən teatr və kino aktyorlarının qatıldığı gecədə maraqlı anlar yaşanıb. Xalq artistləri Flora Kərimova və Ofeliya Sənaninin rəqsi isə yəqin ki, hələ çox danışılacaq.

Moderator.az-a açıqlama verən Flora Kərimova “Mən Həmidə xanımı çox sevirəm, övladının toyunu da səbirsizliklə gözləyirdim. Ona gül dəstəsi hədiyyə etdim, çünki əsl qadındır, ziyalıdır, gözəl aktrisadır. Çox istərdim ki, ilk nəvəsi qız olsun və adını Həmidə xanım qoysunlar. Nəinki Həmidə, “Həmidə xanım”. Çünki xanım gələcək dünyaya” deyə bildirib.

Ofeliya Sənani isə “Həmidə mənim ən sevdiyim, hörmət etdiyim sənətkarlardan biridir. Onunla tanışlığımızın böyük bir tarixçəsi var. Allah övladını xoşbəxt etsin, yarıyanlardan olsun. Mən adətən toylara çox nadir hallarda gedirəm, həm tünlük xoşlamıram, həm də səhhətimkə bağlıdır. Bu toya getməyə bilməzdim. Sevindiyimdən necə oynamışamsa bilmirəm, özümü ələ ala bilməmişəm. Təki belə günlərdə qol açıb oynayaq” deyə sənətkar bildirib.
Qeyd edək ki, Həmidə Ömərovanın yeganə övladı var.


скачать dle 12.1