"Heç vaxt kaprizli aktrisa olmamışam. Mənim sadəlövhlüyümdən həmkarlarım çox istifadə ediblər".
Bu sözləri Xalq artisti Həmidə Ömərova "Xoş gəldim" proqramında deyib. Aktrisa filmlərdən aldığı qonorarın azlığından şikayət edib:
"Deyirdilər ki, Həmidə, özümüzünküsən, bu qiymətə razı ol. Deyirdim, yaxşı. Amma Rusiyadan aktrisa çağırırdılar, yaxşı otelə yerləşdirib, yüksək qonorar verirdilər. Onu xarici ulduzu qarşılayan kimi qarşılayırdılar. Elə "Babamın babasının babası" filmində... Hətta həmin aktrisa universitetdə oxuyurdu. Onun aldığının beşdə birini mənə baş rola görə verirdilər".
H.Ömərova aktrisaların həyatından danışaraq "Sənət adamları tənhadır. Tənha olmasalar onlarda yaratma eşqi olmaz. Cəmiyyət tərəfindən başa düşülmürlər, onları başa düşmürlər. Sən yaradırsan, qiymət verilmirsə, pis olur. Sənətkarlıq içdən gəlir. Mənəvi, fiziki cəhətdən yorulmuşam. Amma düşünürəm ki, mən yaratmalıyam" sözlərini əlavə edib. /Axsam.az
Həmidə Ömərova aldığı qonorarın azlığından şikayətləndi
31
iyul
10:09
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı