“Biz buna dəfələrlə etirazımızı bildirmişik, bunun qarşısı alınmalıdır. İyirmi faiz torpaqları işğal altında qalan millətin övladlarına bu cür adamların nəyisə təbliğ etməyi yolverilməzdir”
Bunu “Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Qurum sədri ailə məsələlərinin televiziyalarımızda xalqa təbliğ edilməsinin yolverilməz olduğunu bildirib:
“Ümumiyyətlə, özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarıb millətə dərs verməklə, milli-mentalitetini heçə saymaqla, millətin dəyərlərini yoxa saymaqla məşğuldur. Biz buna dəfələrlə etirazımızı bildirmişik, bunun qarşısı alınmalıdır. İyirmi faiz torpaqları işğal altında qalan millətin övladlarına bu cür adamların nəyisə təbliğ etməyi yolverilməzdir. Kiminsə ailə münaqişəsinin, məişətinin Azərbaycan xalqına nə dəxli var, getsin ailəsiylə problemini özü həll etsin. Bunu on milyon xalqın qarşısına çıxıb danışmaq gənclərimizə çox pis təsir göstərir, ailə institumuzu, ocağımızı məhv edir. Axı biz ailəmizə bağlıyıq, ailə dəyərlərinə çox üstünlük verən bir millətik. Məişət problemlərini niyə görə televiziyalara daşımalıdırlar, buna nə gərək var? Bu millətin başqa dəyərləri, dərdi yoxdur? İndi söyüşkən, saldırqan, heç bir şeyi müqəddəs saymayan bir nəsil yetişib və biz bunu istəmirdik. Çox üzülərək deyirəm ki, qəribə bir nəsil yetişib və onlar üçün itirəcək heç bir şey yoxdur. Bütün bunlar əlbəttə, bizim televiziya ekranlarında o cür insanların bunu yüksək səslə dilə gətirməsi və bu nəslin yetişməsinə xidmət etdi. Bu millətin keçmişi, tarixi var. Ancaq millətə saxta tarix sırımaqla məşğuldurlar. Biz övladlarımıza bir bilgi verə, hardan gəldiyimizi deyə bilməmişik. Bunları təbliğ etmək, yüksək səslə demək lazımdır. Biz ailədə həmişə məişət xorakılığına, qadın ölümlərinə qarşıyıq. Biz cəmiyyət olaraq bu şeylərin həmişə əleyhinə olmuşuq. Bunun üçün də demişik ki, cahillikdən uzaq olmaq lazımdır. Milləti maarifləndirmək lazımdır, insanlarda təhsil səviyyəsi yüksək olmalıdır ki, bu şeylər baş verməsin. Bu cür şeyləri təbliğ etmək lazım idi”.
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
04
sentyabr
15:56
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev